• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Elnarə Xəlilova "Səndən sonra..." - VİDEO

  • 331 dəfə
  • Tarix 14 Mart 2019 / 14:22
  • Yalçın UĞUR

Müğənni Elnarə Xəlilova "Səndən sonra..." mahnısına çəkilən klipini təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin musiqisi Namiq Zeynalov, sözləri Anar Məmmədova məxsusdur. Kamançada Şəhriyar Musayev, gitarada Vüqar İsmayılov ifa edib.

Mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb. Operatoru Ruslan Ağazadə olan klipin montajı Xəqani Əliyev, rəng korreksiyasi Aleks Anişenkoya məxsusdur.

"Səndən sonra" klipinin çəkilişləri Bakı Dəmiryolu Vağzalında, Bakı-Gəncə sürət qatarında, Gəncə Dəmiryolu Vağzalında və "Xan Bağı" Mədəniyyət və İstirahət Parkında aparılıb.