• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Astarada FACİƏ - 4 uşaq anası su quyusunda boğuldu

  • 246 dəfə
  • Tarix 14 Mart 2019 / 17:32
  • Lent.az
Astarada qadın su quyusuna düşərək boğulub.
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Artupa kənd sakini, 1984-cü il təvəllüdlü Kazımova Xəyalə Ədalət qızı yaşadığı evin yaxınlığındakı su quyusuna düşərək boğulub.
 
Dörd uşaq anası olan X.Kazımovanın ehtiyatsızlıqdan su quyusuna yıxıldığı ehtimal olunur.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.