• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda DƏHŞƏTLİ YOL QƏZASI - Bir nəfər öldü - YENİLƏNİB

  • 619 dəfə
  • Tarix 14 Mart 2019 / 19:49
  • Lent.az
Ağsuda yük maşının aşması nəticəsində ölən sürücünün şəxsiyyəti müəyyənləşib. 
 
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobilinin yoldan çıxaraq su kanalına aşması nəticəsində sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Məmmədov dünyasını dəyişib. 
 
Məlumata görə, aşan yük maşını SOCAR-a məxsus olub.
 
18:14
 
Ağsuda yük maşını aşıb.
 
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb. “Shacman” markalı yük avtomobili yoldan çıxaraq su kanalına düşüb. Nəticədə yük maşınının sürücüsü hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.