• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Zirzəmiyə düşən azyaşlı xilas edildi

  • 245 dəfə
  • Tarix 14 Mart 2019 / 19:21
  • Lent.az
Gəncədə azyaşlı zirzəmiyə düşüb.
 
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı qapının kilidlənməsi nəticəsində evin zirzəmisində köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açaraq uşağı aidiyyəti üzrə təhvil veriblər.