• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Azərbaycanlı müğənniyə görə bu qadınlar işdən çıxarıldı - VİDEO

  • 417 dəfə
  • Tarix 15 Mart 2019 / 09:45
  • Yalçın UĞUR

Notice: Undefined offset: 2 in /var/www/html/lent.az/public_html/m/view/show_swipe_new.php on line 150

Müğənni Afət Fərmanqızının “Pencu şeş” mahnısına rəqs edən Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tolik sosial şəbəkədə xəbər verib: "Düzdür, videoda xanımlar yemək vaxtı oynayıblar, xəstə ilə yox. Amma baxın, əgər bizdə belə şey olsa, gərək həkimə güllələnmə cəzası verilsin? Əminəm ki, bu özbaşınalığın qarşısı alınacaq. Şəkililər həmişə gülən, danışan insanlar olublar. Burada pis heçnə yoxdur. Məncə, o xəstəxanada yoxlamalar olsa, bundan pis şeylər ortalığa çıxar. Bölgələrimizdə 160 AZN əmək haqqına işləmək, ailəyə çörək aparmaq o qədər də asan deyil. İnanıram ki, Şəki şəhər icra başçısı bu işə biganə qalmayacaq və tez zamanda ailələri sevindirəcək"