• EUR  
  • USD  
  • RUB

SOSİAL

Baş Prokurorluğun mətbuat xidmətində YENİ TƏYİNAT

  • 205 dəfə
  • Tarix 19 Mart 2019 / 11:27
  • Lent.az
Baş Prokurorluğun mətbuat xidmətində yeni təyinat olub.
 
ONA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə, mətbuat xidmətinin prokuroru Kənan Zeynalova xidmətin böyük prokuroru vəzifəsinin icrası həvalə olunub.
 
Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.