• EUR  
  • USD  
  • RUB

HADİSƏ

İki avtomobil soyuldu - Oğrular tutuldu

  • 172 dəfə
  • Tarix 19 Mart 2019 / 12:16
  • Lent.az
Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkcə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahovu saxlayıblar.
 
Hər iki faktla bağlı araşdırma aparılır.