• EUR  
  • USD  
  • RUB

İDMAN

Daha 2 idmançımızda DOPİNQ AŞKARLANDI

  • 268 dəfə
  • Tarix 19 Mart 2019 / 12:44
  • Lent.az
Azərbaycan daha 2 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb. ONA-nın Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən məlumatına görə, bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Maqomed Rizvanov diskvalifikasiyaya məruz qalıb. 
 
Belə ki, Kərimovdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Bodibildiqçinin orqanizmində boldenon, boldenon metaboliti və stanozolol metaboliti tapılıb. O, bu səbəbdən 48 ay cəzalandırılıb. Kərimovun diskvalifikasiya müddəti bu il yanvarın 22-dən hesablanacaq. 
 
Rizvanovdan götürülən dopinq testdə isə drostanolon metaboliti, oksandrolon və oksandrolon metaboliti üzə çıxıb. Cüdoçu da 48 aylıq yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 11 yanvar 2023-cü ildə bitəcək. 
 
Qeyd edək ki, AMADA daha öncə 42 idmançımıza cəza tətbiq edib.