• EUR  
  • USD  
  • RUB

SOSİAL

Sabah hava necə olacaq? - PROQNOZ

  • 181 dəfə
  • Tarix 19 Mart 2019 / 13:12
  • Lent.az
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 20-də gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlayıb.
 
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında  gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. 
 
Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. 
 
Azərbaycanın rayonlarında martın 20-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək. 
 
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 20-də Abşeron yarımadasında yağışlı, mülayim küləkli hava şəraiti gözlənilsə də,  ümid edirik ki, bu əhalinin bayram əhval-ruhiyyəsində narahatlıq yaratmayacaq.