• EUR  
  • USD  
  • RUB

SOSİAL

Hər il Azərbaycana qışlamaq üçün 16000-18000 flaminqo gəlir - ETSN

  • 158 dəfə
  • Tarix 19 Mart 2019 / 13:49
  • Lent.az
Hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.  Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
 
Verilən məlumata görə, köçəri və  nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb.  Azərbaycanda  Lənkəran, Kür-Araz, Samur-Dəvəçi  ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb. 
 
Ən stabil qışlama yerləri  Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu,  Ağgöl,  Sarısu  və  Kür-Araz düzənliyinin iri gölləridir. 
 
Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş  torpaqdan qurur. 
Qeyd edək ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda  Ağ-çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.
 
Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.
 
Bildiririk ki, Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.