• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Əcnəbi vətəndaşdan pul oğurlayan qadın tutuldu

  • 170 dəfə
  • Tarix 19 Mart 2019 / 14:26
  • Lent.az
Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.
 
Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub.
 
Faktla bağlı araşdırmalara başlanıb.