• EUR  
  • USD  
  • RUB

DÜNYA

“Dünyada ikinci belə bir axmaq soyad yoxdur” - Jirinovski özünü ələ saldı

  • 443 dəfə
  • Tarix 19 Mart 2019 / 15:01
  • Lent.az
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gülünc doğuran sözlərlə başlayan soyadlardan danışıb. 
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, bədən hissələrinin adı ilə başlayan bütün soyadları axmaq adlandırıb.
 
Partiya lideri hətta öz soyadını ələ salaraq deyib ki, dünyada ikinci belə bir axmaq soyad yoxdur:  “Jirinovski - "yağ" sözü ilə başlayır. Bəli, axmaq soyaddır, lakin həm də unikaldır".
 
Jirinovski digər vəzifəli şəxslərin də soyadlarından bəhs edib:   “Məsələn, götürək Novosibirsk şəhər merinin soyadını – Lokot. Dirsək sözü ilə də soyad başlayar?  Dırnaq, membran, kirpik və s. Bu adla başlayan soyadların elmi əsası yoxdur".