• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib

  • 171 dəfə
  • Tarix 19 Mart 2019 / 15:15
  • Lent.az
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik ünvanlayıb.
 
Lent.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,
 
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcək.
 
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”.