• EUR  
  • USD  
  • RUB

SOSİAL

Şəhid ailələrinə bayram sovqatı getdi - FOTO

  • 229 dəfə
  • Tarix 19 Mart 2019 / 16:01
  • Lent.az
Novruz bayramı ərəfəsində bir neçə şəhid ailəsi sevindirilib. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Lent.az-a daxil olan məlumata görə, xidmətin Tovuz rayon şöbəsinin şəxsi heyəti, Tovuz rayon İcra Hakimiyyətinin bir neçə şəhid ailəsinə bayram sovqatını çatdırıblar. 
 
Qurumdan bildirilir ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir:
 " Şəhid ailələri, övladları bizə onların əmanətidir!!!".