• EUR  
  • USD  
  • RUB

DÜNYA

“Google Inbox” poçt xidməti aprelin 2-də bağlanacaq

  • 225 dəfə
  • Tarix 19 Mart 2019 / 19:23
  • Lent.az
"Google" şirkətinin "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırması xəbəri hələ ötən ilin payızında məlum idi. O vaxt məlumat verilmişdi ki, sözügedən xidmətin işi 2019-cu ilin martında dayandırılacaq. 
 
Lent.az ictnews-a istinadən xəbər verir ki,"Google" bu müddəti bir qədər uzadıb.
 
"Inbox" xidmətinin fəaliyyəti aprelin 2-də dayandırılacaq. "Google+" sosial şəbəkəsindən fərqli olaraq, "Inbox"un bağlanması xəbəri çoxlu sayda istifadəçini məyus edib.
 
Bildirək ki, "Google" ötən ildən başlayaraq "Inbox" xidmətinin uğurlu  funksiyalarının bir hissəsini "Gmail" poçt xidmətinə daşıyıb.