• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Mağazaya girən oğru kameralara düşüb - VİDEO

  • 208 dəfə
  • Tarix 19 Mart 2019 / 18:46
  • Lent.az
Tovuzda tikinti materialları mağazasına girən oğru kameralara düşüb.
 
ONA-nın məlumatına görə, hadisə martın 18-i gecə Tovuz rayonu, Qovlar qəsəbəsində qeydə alınıb. Nofəl Qurbanova məxsus inşaat materialları mağazasına pəncərəni sındırmaq yolu ilə daxil olan oğru oradan pul tapa bilmədiyi üçün mağazanı tərk edib.
 
Oğru mağazada quraşdırılmış təhlükəsizlik kameralarına düşüb.
 
Mağaza sahibi həmin görüntüləri ONA-ya təqdim edib.
 
Hadisə barədə polisə də məlumat verilib. 
 
Faktla bağlı araşdırmalar davam etdirilir.