• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda 37 yaşlı qadın itkin düşdü

  • 254 dəfə
  • Tarix 19 Mart 2019 / 19:48
  • Lent.az
Bakıda 37 yaşlı qadın itkin düşüb.
 
ONA-nın məlumatına görə, Bakı şəhər Nizami rayon sakini Əzimov İlham Yusif oğlu Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, onunla birlikdə yaşayan, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Qocayeva Simayə Fazil qızının martın 15-də saat 13:30 radələrində yaşadıqları evdən çıxaraq getdiyini vı bir daha geri qayıtmadığını bildirib. 
 
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.