• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda daha bir yataqxanada yanğın: sakinlər təxliyə edildi

  • 241 dəfə
  • Tarix 19 Mart 2019 / 21:11
  • Lent.az
 
Bakıda yataqxana yanıb.
 
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub və yanğın söndürülüb.