• EUR  
  • USD  
  • RUB

DÜNYA

Tehranda 50 nəfəri daşıyan sərnişin təyyarəsində yanğın oldu

  • 261 dəfə
  • Tarix 19 Mart 2019 / 23:08
  • Lent.az
 
İran paytaxtında təyyarədə yanğın olub.
 
Hadisə Tehranın beynəlxalq Mehrabad hava limanında baş verib. Hazırda "Iran Air" şirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində 50 nəfərin olduğu deyilir. ONA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.
 
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, yanğın eniş zamanı baş verib. Hadisə nəticəsində xəsarət alanların olmadığı açıqlanıb.
 
                                                        ***