• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Xalq qəhrəmanı Koroğluya möhtəşəm heykəl ucaldıldı - FOTO

  • 453 dəfə
  • Tarix 19 Mart 2019 / 23:17
  • Lent.az
 
Bu gün Türkiyənin Bolu şəhərində Koroğlunun möhtəşəm heykəlinin və Beynəlxalq Koroğlu parkının açılışı olub. Bu, bütün dünyada Koroğlu adına qoyulmuş ən böyük heykəl sayılır. Park 75 min kvadratmetr sahəni əhatə edir.
 
ONA-nın Türkiyə bürosunun məlumatına görə, açılış mərasimində TÜRKSOY-un baş katibi Düysen Kaseyinov, Bolu valisi Ahmet Ümit, bələdiyyə rəhbəri Alaaddin Yılmaz, abidənin müəllifi Murad Mansurov, Qazaxıstanın İncəsənət Akademiyasının prezidenti Amandos Atambayev çıxış edərək, bu abidənin dünyada Koroğluya qoyulmuş ən yüksək heykəl olduğunu bildiriblər. 19 tonluq heykəl 65 metr yüksəklikdəki postament üzərinə qoyulub. Bürüncdən hazırlanmış abidənin torpaqdan təpəyə qədər olan ümumi hündürlüyü 99 metrdir.
 
Tədbirin sonunda Türkiyənin, Qazaxıstan və Qırğızıstanın folklor qruplarının çıxışları maraqla izlənilib.
 
Abidəni heykəltəraş Murad Mansurov Qazaxıstandakı atelyesində hazırlayıb, sonra isə o, yük maşınları ilə hissə-hissə Boluya gətirilib.
 
Qeyd edək ki, TÜRKSOY-un 2016-cı ildə keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurov bu sənət əsərini yaratmaq haqqı qazanmışdı.
 
Koroğlu heykəlinin aşağı hissəsində 16 türk dövlətinin tarixi şəxsiyyətlərinin adına heykəllər də qoyulacaq.