• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda filim kimi olay: mədəsində narkotik keçirmərk istədi, öldü

  • 379 dəfə
  • Tarix 19 Mart 2019 / 23:57
  • Lent.az
 
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.
 
ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə Astara gömrük-sərhəd keçid məntəqəsində baş verib. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Bağırov Qabil İsmayıl oğlunun halı qəfildən pisləşib və dünyasını dəyişib.
 
İlkin məlumata görə, onun daxili orqanında gizlətdiyi narkotik vasitə zəhərlənməyə səbəb olub. Q.Bağırovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə verilib.
 
Faktla bağlı araşdırma aparılır.