• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Müğənnimiz bu gün biznesmenlə ailə qurur - TOYDAN FOTOLAR

  • 1468 dəfə
  • Tarix 12 Aprel 2019 / 19:22
  • Yalçın UĞUR
Bu gün azərbaycanlı müğənni Leyla Ramazanlının toyudur. 
 
Özəl günündə təəssüratlarını Lent.az-a bölüşən ifaçı bildirib ki, özünü xoşbəxt hiss edir: 
 
“Xoş günümə əksər sənət dostlarımı dəvət eləmişəm. Mənim üçün bundan gözəl gün ola bilməz. Sevdiyim şəxslə ailə qururam. Evləndiyim şəxsi 7 ildir sevirəm. Özü bu sahəyə yad insan deyil. 
 
Özünün şəxsi biznesi var. Mənim də 5 klipimin rejissoru olub. Sənətimə, özümə dəstəkdir. O, məni, mən onu sevirəm. Həyatıma gəldiyi gündən xoşbəxtəm”. 
 
Qeyd edək ki, 1988-ci ildə anadan olan L.Ramazanlı 1985-ci il təvəllüdlü Kamran Aydınovla ailə qurur. 
 
Müğənninin xınayaxdı mərasimi martın 3-də olub. Hazırda paytaxt məkanlarının birində keçirilən toydan fotoları təqdim edirik: