• EUR  
  • USD  
  • RUB

İDMAN

AÇ-2019: 5 güləşçimiz məğlubiyyətə üzülüb

  • 282 dəfə
  • Tarix 13 Aprel 2019 / 18:24
  • Lent.az
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.
 
ONA-nın məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.
 
Murad Məmmədov (60 kq) yarışa inamlı qələbəylə başlayıb. Həmyerlimiz ilk hissədəcə polşalı güləşçini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda Ukrayna təmsilçisinə uduzub.
Kamran Məmmədov (67 kq) ilk görüşdə danimarkalı rəqibini məğlub edib. Lakin 1/4 finalda serb həmkarına minimal fərqlə məğlub olub.
 
Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib. Amma daha sonra xorvat idmançıya uduzub.
 
Rafiq Hüseynov (82 kq) ilk qarşılaşmada macar güləşçiyə yenilib. 
 
Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev (97 kq) ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə sonuncu xal prinsipinə əsasən bolqar güləşçi sevinən tərəf olub.
 
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərin yarışında Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb. 
 
Qadın güləşçilərin yarışında isə Elis Manalova (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq) və Tatyana Omelçenko (62 kq) qitə birinciliyini üçüncü yerdə bitirib.