• EUR  
  • USD  
  • RUB

DÜNYA

Dünyanın ən böyük təyyarəsi - VİDEO

  • 313 dəfə
  • Tarix 14 Aprel 2019 / 17:32
  • Lent.az
Təyyarə 6 mühərriklə çalışır
"Stratolaunch Systems" şirkətinə məxsus dünyanın ən böyük təyyarəsi ilk uçuşunu yerinə yetirib.
Hava gəmisi Los-Anceles yaxınlığındakı aerodromdan havaya qalxıb. İki füzelyajlı təyyarənin 6 mühərriki var.
Qanadları arasındakı məsafə 117 metr olan bu ən böyük təyyarənin çəkisi 226 ton, yükqaldırma qabiliyyəti isə 650 tondur.
Eyni vaxtda 3 raketi daşımaq gücündədir. Onun təyinatı kosmosa yük qaldırmaqdır.
Ekspertlər bunu tarixi hadisə adlandırıblar. 
Onun 2020-ci ildə ilk sputniki buraxacağı gözlənilir.
NASA-nın astrofiziki Tomas Tsurbuhen hadisəni təyyarə üzərində çalışanlar üçün tarixi adlandırıb.
 
Realtv.az