• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

Vergilər naziri BVF-nin yeni missiya rəhbəri ilə görüşüb

  • 153 dəfə
  • Tarix 15 Aprel 2019 / 14:53
  • Lent.az
Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən bildirilib.
 
Məlumata görə, görüşdə Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.