• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Naməlum şəxslər Quba sakininin 200-dən çox meyvə ağacını məhv etdi

  • 197 dəfə
  • Tarix 15 Aprel 2019 / 16:25
  • Lent.az
Qubada naməlum şəxs və ya şəxslər 200-dən çox meyvə ağacını kəsib. ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Kənd sakini Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib.
 
Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağda işləyib evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.
 
Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib.
 
Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.