• EUR  
  • USD  
  • RUB

DÜNYA

Rusiya və NATO əməkdaşlığı tam olaraq dayandırdı

  • 168 dəfə
  • Tarix 15 Aprel 2019 / 17:23
  • Lent.az
Rusiya və NATO mülki və hərbi xətt üzrə əməkdaşlığı tam olaraq dayandırıb. ONA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RİA Novosti-yə müsahibəsində deyib.
 
“NATO özü Rusiya ilə münasibətlərə dair pozitiv gündəlikdən imtina edib. Bu əlaqələr mövcud deyil. NATO-nin bu vəziyyətdən necə çıxacağını bilməsinə dair əlamətlər də yoxdur”,- deyə nazir müavini bildirib.
 
Rusiya XİN müavini alyansın hərbi xətlə normal işçi təmaslarını dayandırmaq qərarını absurd hesab edir.