• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Piyada yolda can verdi

  • 284 dəfə
  • Tarix 15 Aprel 2019 / 18:21
  • Səlcuq Elçin
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, aprelin 14-də saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini S.Məstanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Cəmil Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.