• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

Bu avtomobil yolunda yenidənqurma işləri yekunlaşdı

  • 213 dəfə
  • Tarix 15 Aprel 2019 / 19:43
  • Lent.az
Ölkənin yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 41 kilometr uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, layihəyə uyğun olaraq III texniki dərəcəli avtomobil yolunun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Cari ildə isə təmir-tikinti işləri yolun 0-17-ci kilometrlik hissəsində aparılıb.
 
Yenidənqurma işlərinin aparıldığı 17 kilometrlik hissənin təqribən 4 kilometri Tərtər şəhərinin ərazisinə düşür. Burada da təmir-tikinti və yenidənqurma işləri görülüb. Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa edilib. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min poqonmetrdən çox yeni səki daşı düzülüb.
 
Ümumilikdə, layihə çərçivəsində çiyin hissələrin 80 min kvadratmetr sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kvadratmetrdən çox sahədə təmiri işləri aparılıb, 12 avtobus dayanacağı inşa edilib.
 
Yolboyu hərəkətin norma təşkili üçün yol nişanları, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.