• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv olundu

  • 245 dəfə
  • Tarix 15 Aprel 2019 / 20:41
  • Lent.az
Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında fərman imzalayıb.
 
Lent.az-ın Azərtaca istinadən verdiyi məlumatına görə, Fərmanda qeyd edilir ki, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı ləğv edilsin.