• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ziya Bünyadov prospektində zəncirvari qəza

  • 243 dəfə
  • Tarix 15 Aprel 2019 / 23:36
  • Lent.az
 
Yol-nəqliyyat hadisəsi prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.
 
ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Hyundai" markalı avtomobilin sürücüsü tuneldən çıxarkən qəfil əyləcdən istifadə edib.
 
Daha sonra arxadan gələn "Mercedes", "Daewoo", "Kia", "Toyota" avtomobilləri arda arda bir birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasada 3 avtomobil deformasiyaya uğrayıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar prospektin Qələbə dairəsindən Ayna Sultanova heykəli istiqamətində tıxac yaranıb.
 
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
 
Avtomobillər cərimə meydançasına yerləşdirilib.