• EUR  
  • USD  
  • RUB

SOSİAL

Yeni xəbər kanalını kim açacaq?

  • 252 dəfə
  • Tarix 18 Aprel 2019 / 11:51
  • Aygün İbrahimli

Azərbaycanda yeni ümumrespublika xəbər kanalını kimin açacağı gələn həftə məlum olacaq.

Milli  Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Lent.az-a bildirildi ki, hazırda müsabiqəyə təqdim olunan sənədlər araşdırılır.  Gələn həftə qurum xəbər kanalını kimin açacağını elan edəcək.

Qeyd edək ki, MTRŞ yeni xəbər kanalının  açılması üçün martın 11-dən aprelin 11-dək müsabiqə elan etmişdi.

3 iddiaçı - “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli  Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib.