• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Qadına qarşı 240 min dollarlıq dələduzluq edildi - Araşdırma aparılır

  • 212 dəfə
  • Tarix 18 Aprel 2019 / 12:16
  • Lent.az
Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.
 
ONA-nın məlumatına görə, Bakı şəhər sakini İlhamə Həsənova Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Fərid adlı şəxsin onun etibarından sui-istifadə edərək 240 min ABŞ dollarını mənimsədiyini bildirib.
 
Daxil olan şikayət əsasında Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.