• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Piyadanı vurub qaçan sürücü HƏBS EDİLDİ

  • 229 dəfə
  • Tarix 18 Aprel 2019 / 12:19
  • Səlcuq Elçin
Bakıda piyadanı vurub qaçan avtomobil müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolun kənarında dayanan qəsəbə sakini R.Əzizov vurulub.
 
Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.
 
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.