• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Salyanda marixuana aşkar edildi

  • 184 dəfə
  • Tarix 18 Aprel 2019 / 12:31
  • Fəxriyyə Mahmudova
Salyanda 3 kiloqramdan artıq marixuana aşkar edilib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb..  
 
Sabirabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nərimankənd kənd sakini Ə.Soltanovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.