• EUR  
  • USD  
  • RUB

SOSİAL

Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı

  • 547 dəfə
  • Tarix 18 Aprel 2019 / 15:30
  • Lent.az

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb. Redaktor.az saytı artıq internet istifadəçilərinin ixtiyarındadır. Sayta tanınmış jurnalist Eldəniz Vəliyev rəhbərlik edir.

 

E.Vəliyevin Lent.az-a verdiyi məlumata görə, sayt bütün sferalar üzrə operativ xəbər istehsalı ilə məşğul olacaq: “Başlıca prinsiplərimiz operativlik və əlahəzrət fakta istinaddır. Maraqlı araşdırmalar, reportajlar, Facebook üzərindən canlı yayımlar oxucularımızın seçim imkanlarını artıracaq. Məqsədimiz - doğrunu xəbər verən informasiya oranı kimi qəbul edilməkdir”.

 

E.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrini xatırladaraq qeyd edib ki, bu missiya Redaktor.az-ın fəaliyyət proqramının əsasını təşkil edəcək.

 

Baş redaktor saytın şüarını da elan edib: “Biz harada, doğru xəbər orada”.