• EUR  
  • USD  
  • RUB

SOSİAL

Yollar BİR HƏFTƏ bağlı olacaq

  • 483 dəfə
  • Tarix 18 Aprel 2019 / 16:58
  • Lent.az
10 gündən sonra “Formula-1” dünyasının ürəyi Bakıda döyünəcək. Paytaxtımız ardıcıl dördüncü dəfə Qran-priyə ev sahibliyi edəcək.
 
Paytaxt sakinlərini maraqlandıran məqamlardan biri də trek ərazisindəki yolların hansı tarixlərdə bağlı olmasıdır.
 
Məsələ ilə bağlı ONA-ya açıqlama verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH)  Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai
bildirib ki, yollar aprelin 22-30-u arası bağlı olacaq. Onun sözlərinə görə, yarışla əlaqədar avtomobillərin hərəkətinə aprelin 22-30-da məhdudiyyət qoyulacaq: “Aprelin 22-də gecə saat 01:00-dan yollar bağlanacaq. Bu, aprelin 30-u səhər 6-ya kimi davam edəcək".
 
N.Arpadari onu da deyib ki, Dənizkənarı Bulvar ərazisi isə aprelin 24-29-da bağlı olacaq. "Aprelin 25-dən bileti olan insanlar Bulvara daxil ola biləcəklər”.