• EUR  
  • USD  
  • RUB

SOSİAL

Səbaildə yollar yenidən qurulacaq

  • 251 dəfə
  • Tarix 18 Aprel 2019 / 17:49
  • Lent.az
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Lent.az-ın məlumatına görə, sərəncamda göstərilir ki, rayon ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,45 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.