• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Piyada yolda can verdi

  • 246 dəfə
  • Tarix 20 Aprel 2019 / 15:00
  • Lent.az

Daha bir piyadanı maşın vurub.

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 19-da saat 23 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini E.Qaraxanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Elman Qurbanovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.