• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Binəqədidə evdən meyit tapıldı

  • 255 dəfə
  • Tarix 20 Aprel 2019 / 15:47
  • Səlcuq Elçin

Bakı şəhərinin Binəqədi rayonunda mənzildən meyit tapılıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyiniə istinadən verdiyi xəbərə görə, naziriliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.