• EUR  
  • USD  
  • RUB

HADİSƏ

İki maşın toqquşdu: 1 ölü, 5 yaralı - YENİLƏNİB

  • 441 dəfə
  • Tarix 20 Aprel 2019 / 19:46
  • Lent.az
Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları məlum olub.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Qəbələnin Bunud kəndi ərazisində "BMW" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
 
Hadisə zamanı Qəbələ və Bakı sakinləri - Xəlilov Emin Qulfəddin, Osmanlı İlkin Heydər oğlu, Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
18:10
 
Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı-Qəbələ yolunun Bunud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.