• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Özünü körpüdən atmaq istədi

  • 292 dəfə
  • Tarix 20 Aprel 2019 / 19:01
  • Lent.az
Ucarda 18 yaşlı qadın intihara cəhd edib.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun “Dəmiryol” adlanan ərazisindəki körpüdə baş verib. Rayon sakini, 2001-ci il təvəllüdlü S.K (qadının adı şərtidir) körpüyə çıxaraq intihar etmək istəyib. Onunla aparılan profilaktiki söhbətdən sonra qadın fikrindən daşınıb.
 
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
 
Məlumata görə, intihar etmək istəyən qadın bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişidən ayrılıb.