• EUR  
  • USD  
  • RUB

DÜNYA

Fransada saxlanılan "sarı jiletlilər"in sayı 189-a çatdı

  • 259 dəfə
  • Tarix 20 Aprel 2019 / 22:02
  • Lent.az
 
Fransada “sarı jiletlilər”in etiraz aksiyasında saxlanılanların sayı 189 nəfərə çatıb.
 
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “France Bleu” radiosu Paris polisinə istinadla məlumat yayıb.
 
Bildirilir ki, saxlanılan etirazçılardan 122 nəfəri nəzarət altına alınıb. Həmçinin hüquq-mühafizə orqanları 14 mindən çox insanı yoxlamadan keçirib.
Qeyd edək ki, bundan əvvəl 137 nəfərin saxlanıldığı bildirilib.