• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda qızı anasına qapını açmadı: xilasedicilər gəldi

  • 653 dəfə
  • Tarix 21 Aprel 2019 / 10:58
  • Lent.az
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib.
 
ONA-nın xəbərinə görə, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.
 
Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.
Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar.
 
Araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.