• EUR  
  • USD  
  • RUB

DÜNYA

Şri-Lankada növbəti partlayış: iki nəfər də öldü

  • 406 dəfə
  • Tarix 21 Aprel 2019 / 13:14
  • Lent.az
 
Bu gün Şri-Lankada gün ərzində yeddinci dəfə partlayış törədilib.
 
ONA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi yerli polisə istinadən məlumat yayıb.
 
Partlayış paytaxtda zoopark yaxınlığında qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 85 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.