• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda daha bir avtobus QƏZASI: 5 nəfər xəsarət aldı

  • 490 dəfə
  • Tarix 21 Aprel 2019 / 13:52
  • Lent.az
 
Bu gün səhər saatlarında Binəqədi-Sumqayıt istiqamətində hərəkət edən 585 saylı marşrut avtobusu minik avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb.
 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ONA-ya bildirib ki,  585 saylı marşrut  avtobusu Binəqədi-Novxanı istiqamətində hərəkət edərkən qəzaya uğrayıb. 
 
Qəzaya “Mitsubişi Pajero” markalı avtomobil səbəb olub. Minik avtomobili ötmə əməliyyatını həyata  keçirən zaman avtobusu arxadan vurub. Beş nəfər yüngül xəsarət alıb və 1 saylı  şəhər klinik xəstəxanasına yerləşdirilib: “Daşıyıcı şirkəti dəvət etmişik, amma avtobus sürücüsünün də heç bir günah olmayıb. Günah minik avtomobilinin sürücüsündədir. Bu, ilkin versiyadır. Aidiyyatı qurum bununla bağlı araşdırma aparır və araşdırmadan sonra qəzanın baş vermə səbəbi tam aydın olacaq”.