• EUR  
  • USD  
  • RUB

İDMAN

Avrokuboklar Premyer Liqanın təqvimində dəyişikliklərə səbəb oldu

  • 276 dəfə
  • Tarix 21 Aprel 2019 / 15:04
  • Lent.az
İngiltərə Premyer Liqasının təqvimində dəyişikliklər edilib.
 
ONA-nın məlumatına görə, buna avrokubokların yarımfinal mərhələsinin oyunları səbəb olub.
 
“Liverpul”la “Tottenhem”in Çempionlar Liqasında, “Arsenal”la “Çelsi”nin Avropa Liqasında 1/4 final səddini keçməsi İngiltərə Premyer Liqasını belə addım atmağa məcbur edib. Yarımfinalçılara görə XXVII turun oyunlarının vaxtı dəyişdirilib.
Komandaların yarımfinalda oynamasını nəzərə alan qurum “Bornmut” – “Tottenhem” və “Nyukasl” – “Liverpul” görüşlərinin mayın 4-də keçirilməsinə qərar verib. “Çelsi” – “Uotford” və “Arsenal” – “Brayton” matçları isə ertəsi gün baş tutacaq. Bu dəyişikliklərə görə “Mançester Siti” – “Lester” qarşılaşması mayın 6-na keçirilib.