• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Qubada yanğın - FOTO

  • 318 dəfə
  • Tarix 21 Aprel 2019 / 15:26
  • Lent.az
Bu gün Quba rayonu ərazisində yanğın hadisəsi baş verib. 
 
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Timiryazev kəndində qeydə alınıb. 
 
Kənd sakini Əhmədov Samir Camo oğluna məxsus ikimərtəbəli yaşayış evi yanıb. Hadisə yerinə Quba Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və səbəbləri araşdırılır.