• EUR  
  • USD  
  • RUB

DÜNYA

Şri-Lakada partlayışlarda 2 Türkiyə vətəndaşı öldü

  • 282 dəfə
  • Tarix 21 Aprel 2019 / 15:36
  • Lent.az
Bu gün Şri-Lankada törədilən terrora aktları nəticəsində 2 Türkiyə vətəndaşı həyatını itirib.
 
ONA-nın məlumatına görə, bu barədə NTV telekanalı Türkiyənin Şri-Lankadakı diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.
 
Ölən Türkiyə vətəndaşlarının şəxsiyyəti açıqlanmayıb.
Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi  açıqlanıb. 
 
Şri-Lanka hakimiyyəti terror aktlarında ölənlərdən 35 nəfərin əcnəbi olduğunu açıqlayıb.