• EUR  
  • USD  
  • RUB

İDMAN

Rafael Ağayev Premyer Liqada bürünc medal qazandı

  • 329 dəfə
  • Tarix 21 Aprel 2019 / 16:04
  • Lent.az
 
Karate üzrə Azərbaycan milli komandası Mərakeşin paytaxtı Rabatda keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
 
ONA-nın məlumatına görə, karateçilərimiz Karate1 Premyer Liqa turnirindən bir medal qazanıblar.
 
Yığmamızın yeganə mükafatı Rafael Ağayevin hesabındadır. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə fransalı Loqan da Kosta ilə qarşılaşıb. 2:0 hesablı qələbə qazanan karateçimiz bürünc medala yiyələnib. 
Millinin digər üzvləri - Turqut Həsənov və Pənah Allahverdiyev (hər ikisi 84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər. 
 
Qeyd edək ki, aprelin 19-21-də keçirilən Karate1 seriyalı turnirdə 8 ölkədən 661 idmançı mübarizə aparıb.